Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hafiz Hacıyev sürücülük hüququndan məhrum edildi - Videofakt  

Bir neçə gün əvvəl Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin sürücülük hüququndan məhrum edilməsi barəsində məlumat verilmişdi. Lakin Hafiz Hacıyev açıqlamalar verərək kütləvi informasiya vasitələrində yanlış məlumatlar yayır, hətta Avtosfer.az saytının ünvanına təhqiramiz ifadələr işlədərək öz küçə mədəniyyətini nümayiş etdirir. Məsələ ilə bağlı araşdırma aparılıb və müəyyən fotolar əldə edilib. Bu fotolar Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Sistemindən çəkilib. Mərkəzi bazada da qeyd olunur ki, Hacıyev Hafiz Ələmdar oğlu 27 iyul 2020-ci il tarixindən etibarən sürücülük hüququndan məhrum edilib. Onun sürücülük hüququ 23 yanvar 2021-ci ildə bərpa ediləcək. Sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb Hacıyev Hafiz Ələmdar oğlunun yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq çoxsaylı cərimə balları yığması və cərimələri vaxtında ödəməməsidir.

Qeyd edək ki, sürücülük hüququ olmasa da Hacıyev Hafiz qanunları kobud şəkildə pozaraq 90 LT 710 dövlət nömrə nişanlı, "Hyundai" markalı avtomobili özü idarə edir.

pia.az


Etiket: Hafiz Hacıyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

ABŞ Ədliyyə Nazirliyi Maduronun təyyarəsinin ələ keçirildiyini təsdiqləyib - Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Turşu bağlayanların diqqətinə: Ölümə səbəb olur

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Avtomobil almaq istədilər, bir milyon manatından oldular

Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Ən çox oxunanalar